“Nyukasl”dan Super Liqaya
14.01.2025 , 17:58

“Fənərbağça” yeni transfer üçün hərəkətə keçib.
Korner.az xəbər verir ki, İstanbul təmsilçisi “Nyukasl Yunayted”in müdafiəçisi Lloyd Kelli üçün rəsmi təklif göndərib.
Klublar arasında 26 yaşlı futbolçunun transferi ilə bağlı danışıqlar davam edir.
Kelli bu mövsüm “Nyukasl Yunayted”in heyətində 13 matçda meydana çıxıb və 593 dəqiqə meydanda olub.
Onun klubu ilə müqaviləsinin müddəti 2029-cu ilə qədər qüvvədədir.
