“Nyukasl”dan ayrılacaq?
17.02.2025 , 22:36
“Nyukasl”ın hücumçusu Aleksandr İsak yayda transfer klubunu dəyişməyə yaxındır.
Korner.az xəbər verir ki, İngiltərə klubu mövsümün sonunda UEFA Çempionlar Liqasına vəsiqə qazana bilməsə, futbolçunu sata bilər.
İsakın xidmətində “Arsenal”, “Çelsi”, “Liverpul” və “Barselona” kimi klublar maraqlıdır.
25 yaşlı hücumçu bu mövsüm 29 matçda iştirak edib, 19 qol vurub və 5 məhsuldar ötürmə verib.
