“Nyukasl Yunayted” Benitezə əvəzləyici tapıb
15.03.2019 , 09:40

İngiltərənin “Nyukasl Yunayted” klubunun baş məşqçi postunda dəyişiklik ediləcəyi gözlənilir.
Fransa mətbuatına görə, İngiltərə təmsilçisi yeni mövsüm kluba çalışdırıcı olaraq “Lion” klubunun hazırki baş məşqçisi Bruno Genesionu gətirmək istəyir. Bildirilir ki, “Nyukasl” rəhbərliyi Rafa Benitez ilə müqaviləni müddətini uzatmaqda maraqlı deyil.
Qeyd edək ki. “sağsağanlar” bu mövsüm Rafa Benitezin rəhbərliyi altında 30 tura 34 xal toplayıb.
