İngiltərə Premyer Liqa klublarından “Nyukasl” satışa çıxarılıb. Bu haqda klubun sahibi Mayk Eşli açıqlama verib. O bildirib ki, maksimum mövsümün sonuna qədər “Nyukasl”ı satacaq.
53 yaşlı biznesmen bu kluba 2007-ci ilin mayında 135 milyon funt ödəməklə sahib çıxıb. Amma Kevin Kiqanın gedişindən sonra azarkeşlərin ciddi narazılığı ilə qarşılaşdığı üçün artıq 2008-ci ildə Mayk Eşli klubu satmaq istəyirdi.
Hazırda “Nyukasl”ı almaqda maraqlı olan 44 yaşlı maliyyəçi Amanda Steyvlidir. Eşli satışdan 400 milyon funt əldə etməyi düşünür.
