“Nyukasl” Sandro Tonali ilə yeni müqavilə imzalayır
17.10.2025 , 20:29
“Nyukasl” klubu italiyalı yarımmüdafiəçi Sandro Tonali ilə yollarını uzun müddət birləşdirməyi düşünür.
Korner.az xəbər verir ki, Premyer Liqa təmsilçisi 25 yaşlı futbolçuya yeni müqavilə təklif etməyi planlaşdırır.
Klub yaxın günlərdə Tonali ilə sözləşmənin uzadılması üzrə danışıqlara başlayacaq və maaşının artırılması nəzərdə tutulur.
Qeyd edək ki, Tonali 2023-cü ilin yayında “Milan”dan “Nyukasl”a transfer olunub. İtaliya millisinin üzvü cari mövsümdə “sağsağanlar”ın heyətində 9 rəsmi oyunda çıxış edərək 2 məhsuldar ötürmə ilə yadda qalıb.