“Nyukasl” qolkiperi ilə bağlı qərarını verdi
13.01.2025 , 15:26

“Nyukasl Yunayted” müqaviləsi mövsümün sonunda başa çatacaq Martin Dubravkanı komandada saxlamaq istəyir.
Korner.az xəbər verir ki, bu barədə insayder Fabrizio Romano məlumat yayıb.
İngiltərə klubu 35 yaşlı qolkiperə yeni sözləşmə təklif edəcək.
Xəbərdə, təcrübəli oyunçu ilə Səudiyyə Ərəbistanının “Əl-Şabab” və MLS komandalarının maraqlandığı bildirilib.
171 matçda “Nyukasl Yunayted”in qapısını qoruyan Dubravka 228 qolun qarşısını ala bilməyib və 52 matçda qapısını təmiz saxlayıb.
