“Nyukasl” – “Qarabağ” oyununun biletləri satışa çıxarıldı
09.02.2026 , 17:00
“Qarabağ”ın “Nyukasl”la səfərdəki oyununa biletlər satışa çıxır.
Korner.az xəbər verir ki, biletlər bu gün Bakı vaxtı ilə saat 15:00-dan etibarən satışa buraxılacaq.
Azarkeşlər biletləri iTicket.az saytından əldə edə bilərlər.
Qeyd edək ki, “Nyukasl” – “Qarabağ” oyunu fevralın 24-də saat 23:59-da başlayacaq.