“Nyukasl” onu satacaq
24.01.2024 , 16:19

“Nyukasl” futbolçusu Migel Almironu satmaq fikrindədir.
Korner.az xəbər verir ki, Səudiyyə Ərəbistanı təmsilçisi “Əl Şabab” Almironun xidmətində maraqlıdır.
Premyer Liqa klubu onun üçün 40 milyon avro tələb edir.
Tərəflər arasında rəsmi danışıqlar hele baş tutmayıb.
