“Nyukasl” heyətini onunla gücləndirdi
03.07.2023 , 17:56

“Nyukasl” heyətini yeni futbolçu ilə gücləndirib.
Korner.az xəbər verir ki, İngiltərə təmsilçisi 23 yaşlı italiyalı yarımmüdafiəçi Sandro Tonalini heyətinə qatıb.
Klubun yaydığı açıqlamada, futbolçu ilə 2028-ci ilə qədər müqavilənin imzalandığı diqqətə çatdırılıb.
Mina Musayeva
