“Nyukasl” braziliyalı hücumçu üçün 72 milyon avro ödəyəcək
14.04.2025 , 20:48

“Vulverhempton”un hücumçusu Mateus Kunyan klubunu dəyişə bilər.
Korner.az xəbər verir ki, braziliyalı oyunçu ilə “Nyukasl” yaxından maraqlanır.
Yayda təcrübəli forvard üçün təklif göndərməyə hazırlaşan İngiltərə komandası futbolçu üçün 72 milyon avrosundan keçməyə hazırdır.
Bu mövsüm “Vulverhempton”un heyətində 30 rəsmi oyuna çıxan Kunyan 16 qol vurub, 4 məhsuldar ötürmə verib.
