Bu gün rekord.az saytında “Bakı”nın futbolçusu Nurlan Novruzovun milliyə qəza törədərək bir nəfəri yaralaması səbəbilə millirə dəvət edilmədiyinə dair xəbər yayılıb.
Korner.az-ın məlumatına görə, Novruzovun ilyarım müddətinə ölkədən çıxmasına qadağa qoyulduğu iddia edilib.
Gənc futbolçu bu barədə saytımıza açıqlamasında iddiaları təkzib edib və bunların şayiə olduğunu söyləyib: “Adam vurmaq, adam yaralamaq məsələsi tamamən şayiədi. 2 il bundan qabaq avtomobil qəzasına uğramışam. Onda da adam vurmamışam, öz maşınımla başqa avtomobili vurmuşam. Bunların niyə indi qabardılması maraqlıdır”.
Premyer Liqanın bombardiri Azərbaycandan gedəcəyini də açıqlayıb: “Xaricdən təkliflər var. Premyer Liqada 5 oyunum qalıb. Qollarıma davam edib bombardir olacam. Daha sonra isə gedəcəm bu ölkədən”.
