“Sumqayıt”ın futbolçusu Nurlan Novruzovun Korner.az saytına verdiyi müsahibəni sizə təqdim edirik.
-“Qəbələ” ilə oyuna hazırlıqlar necə gedir? Oyunda əsas məqsədiniz nə olacaq?
-Biz artıq Qəbələdəyik. İlk məşqə də çıxmışıq. Nəticələrimiz ürəkaçan olmasa da, qarşımızdakı oyunları düşünürk. Rəqibə hörmətlə yanaşırıq. Çalışacağıq ki, ilk oyundakı qələbənin təsadüfi olmadığını sübut edək.
-Komandanızda gənc oyunçular çoxdur. Məşçiniz də gəncdir. Bunun müsbət və mənfi tərəfləri nədir sizcə?
-Müsbət tərəfi odur ki, meydanda 90 dəqiqə dayanmadan mübarizə aparırırq. Amma bəzən qol epizodlarından istifadə edə bilmirik mənfi cəhəti budur. Gənc məşqçiylə işləmək çox yaxşıdı, gələcəklə bağlı planları var. Yaşlı məşqçinin gələcəklə bağlı nə planı ola bilər? (gülümsəyir).
-Bu mövsüm üçün öz oyununuzu necə qiymətləndirirsiniz?
-Öz oyunumdan razı deyiləm. İstədiyim qolları vura bilmirəm. Komanda da oyun qurucunun olmaması da bunda rol oynayır özüm özümə qol epizdou yaratmağ məcburam. Amma tezliklə qollarımı vurub komandama xeyir verəcəyimə inanıram.
-Komandanızın bu mövsüm üçün əsas məqsədi nədir?
-Komandamız çempionluğa oynayır desəm nə dərəcə də düzgün olar? Məqsədimiz çempionatı 7-8-ci pillələrdə bitirməkdir.
-Gənc və perespektivli futbolçusan. Futbolçu kimi ən böyük arzun nədir? Özünü gələcəkdə harada görmək istərdin?
-Məqsədim xaricdə oynamaqdır. İlk hədəfim budur. “Sumqayıt”da yaxşı forma yığıb ölkədən qıraqda leginer həyatı yaşamaq istəyirəm.