Nurlan İbrahimovla bağlı qərar dəyişilmədi
06.10.2022 , 14:21

İdman Arbitraj Məhkəməsi (CAS) “Qarabağ” klubunun keçmiş mətbuat katibi Nurlan İbrahimovun cəzasını qüvvədə saxlayıb.
Korner.az xəbər verir ki, bu barədə Komanda.az-a İbrahimov özü məlumat verib.
44 günlük Vətən müharibəsi zamanı “feysbuk” səhifəsində ermənilərlə bağlı paylaşımına görə Nurlan İbrahimovu UEFA futboldan ömürlük uzaqlaşdırıb. “Qarabağ” klubu isə 100 000 avro cərimələnib. İbrahimov yanvarın 19-da klubdan ayrıldığını açıqlayıb.
İdman Arbitraj Məhkəməsi onun şikayəti ilə bağlı qərarı ilk dəfə 2021-ci il dekabrın 22-də açıqlamalı idi. Amma qərarın tarixi indiyədək dəfələrlə təxirə salınıb.
