Nuriyevin komandası səfərdə qalib gəldi
05.12.2021 , 11:09

Ukrayna Premyer Liqasında 17-ci turun oyunları keçirilir.
Korner.az xəbər verir ki, Azərbaycan millisinin yarımmüdafiəçisi Anatoli Nuriyevin çıxış etdiyi “Kolos” səfərdə Xarkov “Metallist”i ilə qarşılaşıb. Futbolçumuzun komandası bu görüşdən qələbə ilə ayrılıb – 1:0.
Nuriyev də bu görüşün iştirakçısı olub. Millimizin üzvü start heyətdə meydana çıxıb və 64-cü dəqiqədə əvəzlənib.
“Kolos” 17 turdan sonra 21 xalla 16 iştirakçı arasında 9-cu pillədə qərarlaşıb.
