Nuriyevin komandası evdə məğlub oldu
25.09.2021 , 13:44

Ukrayna Premyer Liqasında IX turun oyunları keçirilir.
Korner.az xəbər verir ki, Azərbaycan millisinin üzvü Anatoli Nuriyevin formasını geyindiyi “Kolos” doğma meydanda “Vorskla”ya uduzub – 0:1.
Nuriyev də bu görüşün iştirakçısı olub. O, 89-cu dəqiqədə meydana buraxılıb.
“Kolos” 9 turdan sonra 8 xalla 16 iştirakçı arasında 10-cu pillədə qərarlaşıb.
