Nuri Şahinin yeni klubu
29.12.2023 , 17:31

“Antalyaspor”un baş məşqçisi Nuri Şahin klubdan ayrılıb.
Korner.az xəbər verir ki, o, karyerasını “Borussiya”da (Dortmund) davam etdirəcək.
Bu barədə Bundesliqa klubunun saytı məlumat yayıb.
35 yaşlı mütəxəssis baş məşqçi Edin Terziçin köməkçisi olacaq.
