Nuri Şahin üçün mövsüm bitdi
03.06.2020 , 18:11
“Verder” klubunun futbolçusu Nuri Şahin zədələnib.
Korner.az xəbər verir ki, bu barədə Bundesliqa təmsilçisinin baş məşqçisi Florian Kohfeldt məlumat verib.
O, yerli mətbuata açıqlamasında futbolçunun zədəsinin ciddi olduğunu bildirib.
Nuri Şahin bu mövsüm Bundesliqada 16 oyun keçirmişdi.