“Fiorentina”nın da hədəfində olan Borussiya “Dortmund”unun futbolçusu Nuri Şahin “Qalatasaray”ın təklifinə “hə” deyib.
Korner.az-ın məlumatına görə, “sarı-qırmızılılar” onun qışda komandaya cəlb etmək istəyirlər.
“Dortmund”un çalışdırıcısı Tomas Tuhelin nadir hallarda forma şansı verdiyi futbolçu ilə klub rəhbərliyi arasında görüş keçirilib və ona görə həm “Fiorentina”, həm də “Qalatasaray”dan təklif aldıqları bildirilib. Nuri isə Türkiyə təmsilçisinə transfer olunmaq istədiyini deyib və rəhbərlikdən bu keçidin baş tutması üçün köməklik göstərmələrini xahiş edib.
“Sarıqırmızılılar”ın ona 2.5 illik müqavilə təklif etdikləri iddia olunur.
