Nuri Şahin Rusiyada baş məşqçi ola bilər
18.11.2025 , 13:45
Türkiyəli məşqçi Nuri Şahin Rusiyanın “Dinamo” (Moskva) klubunda baş məşqçi vəzifəsinə gətirilə bilər.
Korner.az Rusiya mətbuatına istinadən xəbər verir ki, klub rəhbərliyi 37 yaşlı mütəxəssisin təyinatını nəzərdən keçirir.
Nuri Şahin sentyabrın əvvəlindən Türkiyənin “Başakşehir” klubuna rəhbərlik edir. Bundan əvvəl o, 2024-cü ilin iyulundan 2025-ci ilin yanvarına qədər Almaniyanın “Borussiya Dortmund” klubunda çalışıb.
Futbolçu karyerasında Şahin “Borussiya Dortmund”, “Feyenoord”, “Real Madrid”, “Liverpul”, “Verder” və “Antalyaspor” klublarında çıxış edib.