“Borussiya” Dortmundun üzvü Nuri Şahin xoşagəlməz halla üzləşib.
Korner.az-ın məlumatına görə, Türkiyə yığmasının üzvünün burnu qırılıb.
Türk futbolçunun burnu səhər məşqi zamanı komanda yoldaşı ilə toqquşmada sınıb. Klubun həkimi onun iki günlük istirahətdən sonra məşqlərə başlayacağını bildirib.
