Nunyes “Əl-Hilal”ın Pro Liqa planlarından çıxarıldı
12.02.2026 , 20:00
“Əl-Hilal” rəhbərliyi hücum xətti ilə bağlı mühüm qərar verib. Klub Darvin Nunyesi Səudiyyə Ərəbistan Pro Liqasının ikinci dövrəsi üçün təqdim olunan iştirak siyahısına salmayıb.
Korner.az xarici KİV-ə istinadən xəbər verir ki, bu addım heyətə Kərim Benzemanın cəlb olunmasından sonra atılıb. Yeni transfer səbəbindən legioner limitinə uyğun dəyişiklik edən “Əl-Hilal” Nunyesi daxili çempionat matçlarından kənarda saxlayıb.
Bu qərarla uruqvaylı forvard mövsümün qalan hissəsində yalnız Asiya Çempionlar Liqası çərçivəsində keçiriləcək görüşlərdə meydana çıxmaq şansı əldə edəcək.
Xatırladaq ki, 26 yaşlı futbolçu mövsümün əvvəlində “Liverpul”dan 53 milyon avroya transfer olunub.