Noyerlə müqavilə yeniləndi
03.02.2025 , 20:55

“Bavariya”da yeni müqavilə qeydə alınıb.
Korner.az xəbər verir ki, Münhen təmsilçisi qapıçısı Manuel Noyerin sözləşməsini uzadıb.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Kapitanı ilə yeni sözləşmə 2026-cı ilin iyununa qədər yenilənib.
39 yaşlı qolkiper 2006-cı ildən Almaniya nəhəngində çıxış edir.
