Noyerin zədəsi ciddidir
04.02.2019 , 16:06

“Bavariya”nın qapıçısı Manuel Noyerin zədəsi ciddidir.
Bu barədə komandanın baş məşqçisi Niko Kovaç Almaniya mətbutına açıqlamasında məlumat verib. Onun sözlərinə görə, təcrübəli qolkiperin zədəsinin bərpa müddəti məlum deyil. Xorvatiyalı mütəxəssis Noyerin bir neçə həftə meydana çıxa bilməyəcəyini də istisna etməyib.
