“Bavariya”nın qapıçısı Manuel Noyer klubla müqaviləsinin müddətini uzadıb.
Korner.az-ın məlumatına görə, münhenlilərlə anlaşması 2019-cu ilədək olan qolkiper yeni müqaviləyə əsasən, 2021-ci ilədək bu klubun şərəfini qoruyacaq.
Yeni sövdələşmədə Noyerin illik gəliri 15 milyon avro göstərilib.
Qeyd edək ki, Manuel “Bavariya”ya 2011-ci ildə “Şalke”dən keçib. Cari mövsümdə 44 matçda meydana çıxan qolkiper 25 top buraxıb.
