Noyer sıradan çıxdı
14.04.2025 , 14:00

“Bavariya”nın qapıçısı Manuel Noyer sıradan çıxıb.
Korner.az xarici KİV-ə istinadən xəbər verir ki, təcrübəli qolkiperin əzələ lifi qopub.
Xəbərdə, almaniyalı əlcək sahibinin Çempionlar Liqasında keçiriləcək “İnter”lə oyunu buraxacağı gözlənilir.
39 yaşlı oyunçu artıq fərdi məşqlərə başlayıb.
Noyer cari mövsüm ərzində 33 oyuna çıxıb, 26 qol buraxıb və 18 matçda qapısını toxunulmaz saxlamağı bacarıb.
