Noyer rekordunu təkrarladı
10.05.2021 , 19:22

“Bavariya”nın qapıçısı Manuel Noyer Bundesliqa rekordunu təkrarlayıb.
Korner.az xəbər verir ki, o, buna 32-ci turda “Borussiya” (Münhenqladbax) ilə matçda qol buraxmamaqla nail olub. 35 yaşlı qolkiper çempionatda ümumilikdə qapısını toxunulmaz saxladığı görüşlərin sayını 204-ə çatdırıb.
Beləliklə, Noyer Oliver Kanın rekordunu təkrarlayıb. Oyunçu bunu çıxdığı 467-ci qarşılaşmada gerçəkləşdirib. Kan isə karyerası ərzində 557 matç keçirib.
