Bundestimin təcrübəli qapıçısı Manuel Noyer “DÇ-2014″ün 1/8 finalında məğlub etdikləri Əlcəzairlə oyun haqda danışıb.
Korner.az-ın məlumatına görə, təcrübəli qolkiper Almaniya Futbol Federasiyasının rəsmi saytına açıqlamasında Andre Şürrlenin meydana çıxmasından sonra komandasının hücumda aktiv oynadığını bildirib:
“Andre Şürrle meydana girdikdən sonra komanda hücumda daha aktiv oynadı. Onun meydana çıxması bizə faydalı oldu. Artıq qarşıda Fransa ilə çətin oyunumuz var. Güclü rəqiblə mübarizə aparacağımızı bilirik. Əlcəzairlə ağır matçdan sonra qarşıdakı oyuna yaxşı köklənməliyik. Fransa ilə matçda hücum futbolu oynamalıyıq”.
