Almaniya millisinin qapıçısı Manuel Noyer Avro 2016-nın seçmə mərhələsində baş tutacaq Polşa – Almaniya matçı öncəsi maraqlı açıqlama verib.
Korner.az-ın məlumatına görə, təcrübəli qapıçı Robert Levandovskidən çəkindiklərini etiraf edib:
”Levandovski dünyanın ən yaxşı hücumçularından biridir. Gözümüz hər an açıq olmalıdır. Şotlandiya matçı sonrası növbəti 3 xalımızı qazanmaq istəyirik. Varşavada bizi çox ağır bir matç gözləyir”.
Qeyd edək ki, D qrupunun ilk matçında Polşa səfərdə Cəbbəlütariqi 7-0 hesabı ilə məğlub etmiş və Robert Levandovski 4 dəfə rəqib qapısına yol tapa bilmişdi
