Novruzovun komandasından qələbə
12.07.2020 , 11:54
Estoniya çemponatında XII turun oyunları keçirilib.
Korner.az xəbər verir ki, azərbaycanlı futbolçu Nurlan Novruzovun çıxış etdiyi “Narva Trans” səfərdə “Tulevik”ə qalib gəlib – 1:0.
Əvvəlki oyunların birində aldığı qırmızı vərəqəyə görə cəzalı durumda olan Novruzov bu oyunun iştirakçısı olmayıb.
Qeyd edək ki, “Narva Trans” 9 xalla 8-ci pillədə qərarlaşıb.