Novruzovun komandasından ilk qələbə
09.07.2020 , 15:55

Estoniya çemponatında XI turun oyunları keçirilib.
Korner.az xəbər verir ki, azərbaycanlı futbolçu Nurlan Novruzovun çıxış etdiyi “Narva Trans” doğma meydanda “Paide”yə qalib gəlib – 1:0.
IX turda aldığı qırmızı vərəqəyə görə cəzalı duruma düşən Novruzov bu oyunun iştirakçısı olmayıb.
“Narva Trans” 6 xalla sonuncu pillədədi.
