Novruzovun komandası səfərdə məğlub oldu
09.11.2020 , 17:55

Estoniya çemponatında XXVII turun oyunları keçirilib.
Korner.az xəbər verir ki, azərbaycanlı futbolçu Nurlan Novruzovun formasını geyindiyi “Narva Trans” səfərdə “Paide”yə məğlub olub – 2:4.
Novruzov da bu oyunun iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və sonadək mübarizə aparıb.
Qeyd edək ki, “Narva Trans” 21 xalla 8-ci pillədə qərarlaşıb.
