Novruzovun komandası səfərdə məğlub oldu
22.08.2020 , 16:26

Estoniya çemponatında XVIII turun oyunları keçirilib.
Korner.az xəbər verir ki, azərbaycanlı futbolçu Nurlan Novruzovun formasını geyindiyi “Narva Trans” səfərdə “Levadiya”ya uduzub – 0:3.
Novruzov da bu oyunun iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və 74-cü dəqiqədə əvəzlənib.
“Narva Trans” 18 turdan sonra 19 xalla 6-cı pillədə qərarlaşıb.
