Novruzovun komandası kubokda mərhələ adladı
29.07.2020 , 11:32

Estoniya kubokunda 1/64 final mərhələsinin oyunları keçirilib.
Korner.az xəbər verir ki, azərbaycanlı futbolçu Nurlan Novruzovun çıxış etdiyi “Narva Trans” bu mərhələdə “Paide 3” ilə qarşılaşıb.
Novruzovun komandası rəqibini 4:0 hesabı ilə məğlub edərək növbəti mərhələyə vəsiqə qazanıb.
Nurlan da bu görüşün iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və 62-ci dəqiqədə əvəzlənib.
