Novruzovlu “Narva Trans” 1/8 finalda
01.10.2020 , 10:59

Estoniya kubokunda 1/16 final mərhələsinin oyunları keçirilib.
Korner.az xəbər verir ki, azərbaycanlı futbolçu Nurlan Novruzovun formasını geyindiyi “Narva Trans” səfərdə “Helm”lə qarşılaşıb. Futbolçumuzun komandası bu görüşdə 2-1 hesablı qalib gələrək, 1/8 finala vəsiqə qazanıb.
Nurlan da bu görüşün iştirakçısı olub. Start heyətdə meydana çıxan azərbaycanlı hücumçu fasilədə əvəzlənib.
