Novruzov Nepal klubundan ayrıldı
14.05.2021 , 19:54
Azərbaycanlı futbolçu Nurlan Novruzov Nepalın “Lalitpur Siti” klubundan ayrılıb.
Korner.az xəbər verir ki, bu barədə 28 yaşlı hücumçu sosial şəbəkə hesabından məlumat yayıb. O, paytaxt klubuna təşəkkür edib.
Ötən ay “Lalitpur Siti” ilə 1 aylıq müqavilə bağlayan futbolçu Nepal Superliqasında 6 oyuna çıxıb və 2 qol vurub.