Novruzov meydandan qovuldu
27.06.2020 , 19:35
Estoniya çemponatında IX turun oyunları keçirilib.
Korner.az xəbər verir ki, azərbaycanlı futbolçu Nurlan Novruzovun çıxış etdiyi “Narva Trans” doğma meydanda “Levadiya” ilə heç-heçə edib – 4:4.
Novruzov da bu oyunun iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və 39-cu dəqiqədə birbaşa qırmızı vərəqə alıb.
Qeyd edək ki, “Narva Trans” hazırda 3 xalla sonuncu pillədə qərarlaşıb.