Avropa Liqasının I təsnifat mərhələsinin cavab qarşılaşmasında "Mura" ilə qarşılaşacaq olan "Bakı"nın baş məşqçisi Novruz Əzimov mətbuat konfransı keçirib.
Korner.az-ın məlumatına görə, II mərhələyə adlamaq istədiklərini vurğulayan Əzimov bunları deyib:
"Bakıdakı oyundan razı qala bilmərəm. Həmin oyunda qol vurmaq üçün xeyli imkanlarımız olsa da, bundan yararlana bilmədik. Ancaq əsas məqsədimiz növbəti mərhələyə adlamaqdır"
