“Növbəti mövsümdə “Konyaspor”un planlarında yer alsam, şad olaram” – Mahir Emreli
08.05.2023 , 17:29
“Konyaspor”da çıxış edən Azərbaycan millisinin üzvü Mahir Emreli Türkiyə mətbuatına açıqlama verib.
Korner.az xəbər verir ki, futbolçu Super Liqanın XXXIV turunda “Kayserispor”la oyunundan (2:2) sonra mətbuata açıqlamasında matçla bağlı bunları deyib:
“Matç bizim üçün həqiqətən çətin keçdi. Bütün həftə yaxşı hazırlaşsaq da, sürprizlərlə qarşılaşdıq. Maraqlı bir qarşılaşma oldu. 10 dəqiqə ərzində hər iki komanda qol vurdu. Birinci liqadan düşmədiyimiz üçün çox sevindik. Bir şeyi deyim ki, Konyaya gəldiyimdən bəri aktiv olmadığım ilk oyunumu keçirdim. Çətin bir matç oldu. Ümid edirəm ki, bu sonuncu olacaq. Bunun belə davam etməsini istəmirəm”.
Mahir, komandadakı gələcəyi ilə bağlı suala isə belə cavab verib:
“Yeni mövsümlə bağlı mənimlə görüş olmayıb. Mən, Zaqreb “Dinamo”sunun futbolçusuyam. Amma yeni mövsümdə “Konyaspor”un planlarında yer alsam, şad olaram. Mən Konyanı sevirəm, Mənim üçün bura çox gözəldir”.