AZAL Premyer Liqada yaranmış fasilədən maksimim dərəcədə istifadə edəcək.
Korner.az-ın məlumatına görə, klubun mətbuat xidmətinin rəhbəri Eldəniz Yusifovun PFL-ə verdiyi məlumata görə, son turda “Kəpəz” üzərindəki qələbədən sonra baş məşqci Vaqif Sadıqov komandaya 4 günlük istirahət verib.
Martın 18-də yenidən toplanacaq komanda növbəti tura hazırlığa start verəcək. Hazırlıq çərçivəsində AZAL martın 23-də “Şəfa” stadionunda “İnter”lə yoxlama oyunu keçirəcək.
Yusifov AZAL-ın qarşısında duran məqsədlər haqqında da danışıb: “Əsas məqsədimiz ikinci altılıq oyunlarını ən yüksək səviyyədə keçirməkdi. Bu mövsüm yekunlaşandan sonra isə növbəti mövsüm üçün klubun planları mətbuata bildiriləcək”.
