Futbol

“Növbəti mərhələyə adlamaq istəyirik” – Miçel Madera

23.11.2016 , 20:18

“Bilirik ki, sabah hər 2 komanda üçün çətin oyun olacaq. Qalib gələrək növbəti mərhələyə adlamaq istəyirik. Bakıdakı oyunda istədiyimiz nəticəni əldə edə bilməmişdik və məyus olmuşduq. Ümid edirik ki, sabahkı oyunda istəyimizə çatacağıq”.

Korner.az-ın məlumatına görə, bu sözləri “Qarabağ”ın futbolçusu Miçel Madera  Avropa Liqasının qrup mərhələsinin 5-ci turunda “Slovan”la oyun öncəsi keçirilən mətbuat konfransında deyib .

O, rəqibin dinamik oyun nümayiş etdirəcəyini və buna hazır olduqlarını bildirib.

Miçel meydanın vəziyyəti ilə bağlı suala belə cavab verib:

“Azərbaycanla Çexiyanın fərqli iqlim şəraitini və havanı nəzərə alsaq, meydanın vəziyyəti yaxşıdır. Daha dəqiq cavabı bu günkü məşqdən sonra verə bilərəm”.

Son yazılar

Yuxarı