Gecənin ən maraqlı qarşılaşmalarından biri Çempionlar Liqasının H qrupunda mübarizə aparan "Barselona" ilə "Ayaks" arasında oynanılacaq.
Korner.az-ın məlumatına görə, "Nou Kamp"da baş tutacaq görüşün ən maraqlı məqamı bu iki klubun ilk dəfə qarşı-qarşıya gəlməsi olacaq.
Təəccüblü görünsə də, iki köklü klub olan “Barselona” və “Ayaks”la öz tarixlərində heç vaxt bir-birinə qarşı oynamayıb.
Qeyd edək ki, "Barselona" – "Ayaks" matçı Bakı vaxtı ilə saat 23:45-də başlayacaq.
