“Nou Kamp” stadionunun ad hüququ satılır
30.07.2018 , 18:30

İspaniyanın “Barselona” klubu ev oyunlarını keçirdiyi “Nou Kamp” stadionunun ad hüququnu satmaq niyyətindədir
Satış qiyməti 300 milyon avro təşkil edəcək. Bu şərtlər Amerika və Asiya şirkətləri üçün əlverişli ola bilər. Amma hazırda Kataloniya təmsilçisinin rəhbərliyinin heç bir investorla müqaviləsi yoxdur.
Sözləşmənin 2019-cu ilin əvvəlində bağlanma ehtimalı var.
