“Nou Camp” “Ayaks”ın qoluna belə sevindi – VİDEO
17.04.2019 , 18:39

Ötən gecə Çempionlar Liqasının 1/4 final mərhələsi çərçivəsində keçirilən “Barselona” – “Mançester Yunayted” görüşü zamanı maraqlı hadisə yaşanıb.
Turun digər 1/4 final görüşündə “Ayaks” “Yuventus”un qapısına Turində qol vuran zaman, bunu “Camp Nou”da eşidən “Barselona” azarkeşləri alqışlamağa, sevinmyə başlayıblar. Bu hadisə isə diqqətdən yayınmayıb.
Qeyd edək ki, “Barselona” və “Ayaks” Çempionlar Liqasında yarımfinala vəsiqə qazanıblar.
