“Nottingem Forest”dən Frattesi üçün ilk addım
16.01.2026 , 17:37
“İnter”in orta xətt oyunçusu Davide Frattesinin gələcəyi ilə bağlı yeni iddialar ortaya çıxıb.
Korner.az xarici KİV-ə istinadən xəbər verir ki, 26 yaşlı futbolçunun xidmətində ən israrlı olan klub İngiltərənin “Nottingem Forest” komandasıdır.
“Meşəçilər” Frattesinin nümayəndələri ilə artıq əlaqə yaradıb və mümkün transferin detalları müzakirə olunur. Yaxın günlərdə tərəflər arasında danışıqların intensivləşəcəyi gözlənilir. Buna baxmayaraq, “İnter” hələ də futbolçu ilə bağlı rəsmi təklif almayıb.
Qeyd edək ki, italiyalı yarımmüdafiəçi “Yuventus”, “Napoli”, “Roma” və “Qalatasaray”ın da maraq dairəsindədir.