Norveçdə futbola icazə verildi
08.05.2020 , 16:17

Norveç çempionatında yeni mövsümə iyunun 16-da start götürəcək.
Korner.az xəbər verir ki, bu barədə Norveç Futbol Federasiyası məlumat yayıb.
Bildirilib ki, hökumət ölkədəki koronavirusla bağlı karantin qaydalarını tədricən yumşaltmağa başlayıb və iyunun 16-dan futbol oyunlarının da keçirilməsinə razılıq verib.
