Norveç yığmasının və Uelsin “Kardiff” klubunun müdafiəçisi Moller Deli qış transfer pəncərəsində iş yerini dəyişə bilər.
Korner.az-ın məlumatına görə, o, sentyabrın 30-dan etibarən Uels təmsilçisinin İngiltərə Çempionşipindəki oyunlarında iştirak etmir.
Amma komandanın baş məşqçisi Rassel Sleyd futbolçunun AÇ-2016-nın seçmə mərhələsi çərçivəsində Azərbaycana qarşı oyundan sonra əsas heyətə düşmək uğrunda mübarizə aparacağına inandığını deyib.
