Norveç – Türkiyə matçının yeri dəyişdirildi
24.02.2021 , 13:42

DÇ-2022-nin seçmə mərhələsi çərçivəsində keçiriləcək Norveç – Türkiyə matçının yeri dəyişdirilib.
Korner.az xəbər verir ki, qarşılaşma martın 27-də İspaniyanın Malaqa şəhərində reallaşacaq. Koronavirus pandemiyası ilə bağlı səyahət məhdudiyyətinin tətbiq olunmasına görə qarşılaşma fərqli məkana salınıb.
Türkiyə millisi Niderland, Norveç, Monteneqro, Latviya və Cəbəllütariqlə birlikdə G qrupunda yer alıb.
