2016-cı il Avropa çempionatının seçmə qrup mərhələsində Azərbaycan yığmasının rəqibi olan Norveç millisinin heyəti açıqlanıb.
Korner.az-ın məlumatına görə, Skandinaviya təmsilçisinin baş məşqçisi Per Matias Hoqmo 23 futbolçuya dəvət göndərib.
Həmin futbolçular noyabrın 12-də Estoniya ilə yoldaşlıq görüşündə, 4 gün sonra isə millimizlə seçmə oyunda forma geyinmək imkanı qazanacaq.
Qapıçılar: Rune Yarsteyn (“Herta”, Almaniya), Steyn Qritebus (“Olesund”), Oryan Niland (“Molde”)
Müdafiəçilər: Omar Elabdellaui (“Olimpiakos”, Yunanıstan), Veqard Forren (“Molde”), Steffen Hagen (“Odd Qrenland”), Per Egil Flo (“Molde”), Tom Hoqli (“Kopenhagen”, Danimarka), Martin Linnes (“Molde”), Havard Nortveyt (“Borussiya” Mönhenqladbah, Almaniya), Tore Reginiussen (“Rusenborq”)
Yarımmüdafiəçilər: Mats Möller Deli (“Kardiff”, İngiltərə), Stefan Yohansen (“Seltik”, Şotlandiya), Anders Konradsen (“Renn”, Fransa), Yone Samuelson (“Odd Qrenland”), Harmit Sinqh (“Molde”), Per Villian Skyelbred (“Herta”, Almaniya), Aleksander Tettev (“Norviç Siti”, İngiltərə), Martin Edeqor (“Stromsqodset”)
Hücumçular: Tarik Elyunissi (“Hoffenhaym”, Almaniya), Fredrik Qulbrandsen (“Molde”), Aleksander Soderlund (“Rusenborq”), Havard Nielsen (“Ayntraxt” Braunşveyq, Almaniya)
