“Oyunçularımla qüruru duyuram. Taktiki cəhətdən də, müdafiədə də çox yaxşı oynadıq”.
Korner.az-ın futbolxeber.az-a istinadən məlumatına görə, bu sözləri millimizlə oyundan sonra Norveç yığmasının baş məşqçisi Per-Matias Hoqmo deyib.
O, millimiz çətin rəqib adlandırıb: “Azərbaycan millisi Bolqarıstana qarşı yaxşı oynamışdı. Bu gün də yığmanız eyni oyunu göstərdi. Azərbaycan çətin rəqibdir. Sevinirik ki, Bakıda qələbə qazandıq. Hazırda 9 xalımız var və bu, pis nəticə deyil”.
