Norveç millisində itki
10.09.2024 , 13:34

Norveç millisi ciddi itki ilə üzləşib.
Korner.az xəbər verir ki, sözügedən ölkənin yığma komandasının üzvü Martin Odiqaard sıradan çıxıb.
“Arsenal”da forma geyinən futbolçu Millətlər Liqasının 2-ci turunun Avstriya ilə matçın (2:1) 67-ci dəqiqəsində zədələnib.
Oyunçu aldığı xəsarətdən matçı davam etdirə bilməyərək meydanı tərk edib.
